İqtisadi gündəm
Bulvarın yeni hissəsi necədir?
Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biri olan bulvar paytaxt sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci ildən Milli Park statusu verilən bulvar son 2 ildə dünyanın ən möhtəşəm dənizkənarı parklarından birinə çevrilib. Bakı bulvarından, daha doğrusu onun bu günlərdə istifadəyə verilmiş yeni hissəsindən hazırladığımız fotoreportajı oxucularımıza təqdim edirik.
Bulvarın yeni hissəsi daha müasir üslubda düzəldilib
Bakı bulvarının Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər ümumi sahəsi 20 hektar, uzunluğu 2 km-ə yaxın olan yeni salınmış hissəsinin açılışının "Avroviziya" Mahnı Müsabiqəsi öncəsinə təsadüf etməsi şəhərimizə gələn turistlərdə Bakı haqda daha yaxşı təəssürat oyatmağa səbəb olacaq. Çünki, şəhərdən "Avroviziya"nın keçiriləcəyi məkana- "Kristal hool"a yol məhz burdan keçib gedir.
Yeni bulvara baş çəkərkən ilk diqqətimizi cəlb edən mənzərə açıqlıq və genişlik oldu. Şəhərdə belə açıq və iri məkan yox idi. Bulvarın yeni hissəsi tamamilə fərqlidir, yeni oturacaqlar, işıqlandırma sistemi, həmişəyaşıl ağaclar...
Eyni zamanda, burada insanların velosiped kirayələməsi üçün velosiped stansiyaları var. Yeni hissədə velosipedlər üçün hərəkət zolağı da mövcuddur. Stansiyalarda yüzlərlə keyfiyyətli velosiped var. Ancaq bulvarın köhnə hissəsində velosiped sürməyə icazə verilməyəcək.
İş icraçıları bildirdi ki, yeni hissədə işlər davam edir, tam başa çatanda bura daha maraqlı və gözəl olacaq. Söhbət etdiyimiz sakinlər isə bildirdilər ki, şəhərin mərkəzində yerləşən bu məkanın bulvara qatılmasına çoxdan ehtiyac var idi. Qeyd etdilər ki, bura geniş və rahatdır, xüsusilə axşam gəzintisi və istirahət üçün ideal məkandır.
Bulvarda yeni nəqliyyat növü peyda olacaq- metrobus
Uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılıb. Bulvar üçün yeni elektomobillər alınıb. Yeni alınan gəzinti gəmiləri də şəhər sakinlərinə və qonaqlara xidmət göstərir. Bu məqsədlə paytaxta 3 yeni gəmi gətirilib.
Bulvarı şəhərlə birləşdirən müasir piyada keçidləri də istifadəyə verilib. Bulvar boyu- Azneftdən Bayraq meydanınadək enli avtomobil yolu salınıb, binalarda yenidənqurma işləri aparılıb.
Yaxın 1-2 gündə Bakıda yeni nəqliyyat növü peyda olacaq. Bulvarın yeni hissəsində metrobuslar ilk marşrutla hərəkətə başlayacaq- Əl Oyunları Sarayının yanından Bayraq Meydanınadək bulvar boyu işləyəcək. Əl Oyunları sarayının yaxınlığında metrobusları xəttə hazırlayan ustalarla söhbətimizdə bildirdilər ki, bu maşınlar 4 vaqonlu formada hərəkət edəcək.
Metrobusun hər vaqonu 40 sərnişin tutur. Bu maşınlar ilk olaraq Dənizkənarı Milli Parkda yerləşən Əl Oyunları Sarayının yanından Dövlət Bayrağı Meydanınadək hərəkət edəcək "Avroviziya"nın keçiriləcəyi "Kristal Holl"a onlarla rahat getmək olacaq.
Bulvarın qurtaracağında Bayraq Meydanı yerləşir. "Kristal holla"a gedən yol məhz burdan keçir. Meydanın qarşısında çox sayda yeni taksilər düzülüb, ətrafda turistlər gəzişir, məşqlər başlayanadək gözəl mənzərəni seyr edirlər.
Bakı bulvarı bütün buxtanı əhatə edəcək
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, yeni bulvarın ərazisində yerləşən köhnə zavodlar, sosial və iqtisadi səmərəsini itirmiş, böyüyən paytaxtın tələblərinə cavab verməyən, ən çox da ekoloji tarazlığı pozan müəssisələr başqa yerə köçürülüb, bununla da yeni bulvarın yaradılması üçün bütün maneələr aradan qaldırılıb:
"Aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ərazidə yaşıllıq zolağından avtomobil yolunadək uzanacaq daha bir xətt inşa olunub. Bu xətt bulvar ərazisində hərəkət edən avtomobillər, qatarlar, kiçik ölçülü gəzinti avtobusları üçün nəzərdə tutulub.
Yeni ərazidə xüsusi xətt də salınıb ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verir. Ərazidə həm kölgəlik yaradan ağaclar, həm də xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilib, müasir işıqlandırma sistemi qurulub. Yaxın gələcəkdə burada istirahət obyektləri, attraksionlar da quraşdırılacaq".
İdarə rəisinin sözlərinə görə, gələcəkdə bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq. Zığ və Şıx çimərliklərini bu əraziyə birləşdirdikdən sonar bura nəhəng istirahət zonasına çevriləcəkdir. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaq.
Elçin Bayramlı
Publika.Az
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO