İqtisadi gündəm
Bakıda "Kakadu" barı bağlana bilər
Bakıda adı qalmaqallarda hallanan daha bir gecə barı - “Kakadu” da bağlana bilər. Paytaxtın mərkəzində - Natəvan heykəlinin arxasında yerləşən gecə barı “İnfiniti”də olduğu kimi, bu barın da adı əxlaqsızlıq yuvası kimi çəkilir.
Axar.az-a verilən məlumata görə, bara gələn müştərilərə əxlaqdankənar xidmət təklif olunur. Bu sövdələşmə isə müştəriyə heç də ucuz başa gəlmir. Barda qızın içdiyi 50 qram viskiyə görə azı 50-70 manat da alıb, müştərini soyurlar.
Uzun müddətdir ki, bar adı altında fəaliyyət göstərən “Kakadu”
gecə məkanı ilə bağlı artıq araşdırmalar aparıldığı deyilir. Bakı
polisinin keçirəcəyi geniş əməliyyat zamanı bu obyektin də
qapadılacağı bildirilir.
Xatırladaq ki, Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən
bar və masaj salonlarında ciddi reydlərə başlanılacağı barədə xəbər
ötən gün yayılıb. Bu isə təbii ki, onlarla masaj salonunun və gecə
klubunun bağlanması deməkdir.
Bildirək ki, fəaliyyət göstərən bar və masaj salonları əsasən paytaxtın mərkəzi küçələrində cəmləşib. Onların demək olar ki, heç biri təyinatı üzrə fəaliyyət göstərmir. Bir neçə dəfə paytaxt polisi xüsusi reydlər keçirib obyekt sahiblərini cəzalandırsa da, bu, onların işinə mane olmayıb.
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ
-
Region06:49
Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?