İqtisadi gündəm
Sabahdan hava dəyişəcək: Qar yağacaq
Dekabrın 22-də axşama doğru Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, bəzi yerlədə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Vətəninfo.az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə çiskin olacaq. Dekabrın 22-dən 23-nə keçən gecə havanın yağıntı ollması ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir.Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycan bölgələrində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam yağıntı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, axşama doğru 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 7-12° isti olacaq. Dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO