İqtisadi gündəm
Sarıqamış qurbanları Azərbaycanda da yad edilsin - TƏKLİF
"Sarıqamış Hərəkatının yüz illiyində Türkiyədə 100 min adam 10 km yolu Allahuəkbər dağlarına doğru qarlı-şaxtalı havada yürüdü. 100 il öncə burada fəlakətli şaxtadan 90 minə yaxın türk əsgəri donaraq ölmüş, təbiətin bu faciəsi Türk ordusunun ruslar qarşısında məğlubiyyətinə şərait yaratmışdır. Türk insanı bu faciəni bu günə qədər unutmadığını göstərdi, bir vəfa nümunəsi ortaya qoydu".
Publika.az xəbər verir ki, bunu Fazil Mustafa öz Faceboo səhifəsində yazıb. Millət vəkili Türk əsgərlərinin Azərbaycana xidmətlərini nzərər alaraq Sarıqamış qurbanlarının xatirəsinin ölkəmizdə də yad edilməsini təklif edib.
"Bu Türk əsgəri biz Azərbaycan türkləri üçün də böyük fədakarlıq etmiş, Milli Qəhrəmanımız Nuri Paşanın komutanlığında vətənimizi, onun paytaxtını erməni-rus işğalından təmizləyərək bizlərə bu vətəni ərməğan etmişlər. Bu savaşlarda da 1300-dən artıq şəhid vermişdilər. Sadəcə istərdim ki, Azərbaycanda da rəsmi səviyyədə Sarıqamış faciəsində şəhid olan Türk əsgərinin xatirəsi yad ediləydi, TV-lərdə sənədli filmlər nümayiş etdiriləydi. Çünki Osmanlı ordusu bizim vətəni də xilas etmiş bir ordudur, onun əsgərini də özümüzünkündən ayırmamalıyıq", - millət vəkili əlavə edib.
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR