İqtisadi gündəm
Bu ay rublu nə gözləyir? - Dollar qarşısında...
Rusiya rublu fevral ayında ABŞ dolları qarşısında 75,5-77 səviyyəsində ticarət olunur. Ekspertlər bildirirlər ki, Rusiya Mərkəzi Bankının yüksək faiz dərəcəsi (16-18%) milli valyutanın mövqeyini dəstəkləyir və inflyasiya ilə mübarizədə önəmli rol oynayır.
Publika.az xəbər verir ki, bu barədə mk.ru-nun dərc etdiyi təhlildə qeyd olunub.
Bildirilib ki, neft qiymətlərindəki artım da rubla təxminən dəstək verir. Urals markalı neftin barreli 50-60 dollar civarında satılır. Dövlətin valyuta satışını azaltması xarici valyuta təklifini məhdudlaşdıraraq rublun mövqeyini gücləndirə bilər.
Buna baxmayaraq, geopolitik qeyri-müəyyənliklər və idxal tələbinin artması valyuta üçün risk yaradır. Ekspertlər hesab edirlər ki, ani və kəskin rubl dəyişiklikləri üçün birdən çox güclü şok faktoru eyni vaxtda təsir etməlidir ki, bu hal indiki şəraitdə məhduddur.
Proqnozlara görə, rubl fevral boyunca nisbətən sabit qalacaq: dollar qarşısında 74,5-82, avro qarşısında isə 88-95,5 aralığında dəyişməsi gözlənilir.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək






.jpg)
































