Dünya
"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
Dünyanın ən məşhur oyunlarından biri olan “GTA 6”-nın yaradıcıları Sem və Den Houser qardaşlarının uğur hekayəsinin arxasında maraqlı bir məqam dayanır.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, onların cinayət mövzulu oyun dünyasına ilham verən şəxs aktrisa anaları Geraldine Moffat olub.
Aktrisanın 1971-ci ildə çəkilmiş “Get Carter” filmindəki rolu, eləcə də “The Sweeney” və “Coronation Street” seriallarındakı çıxışları qardaşlara ciddi təsir göstərib. Maraqlıdır ki, Moffat sonradan oğullarının yaratdığı oyun dünyasına da qoşulub. O, “GTA 5”-də cinayətkar Trevor Filipsin anasını səsləndirib.
Qardaşlar 1998-ci ildə “Rockstar Games” şirkətini qurmaq üçün ABŞ-a köçüblər. Şirkətdə biznes məsələlərinə Sem, yaradıcı ssenarilərə isə Den rəhbərlik edib.
Qeyd edək ki, "GTA 6" oyunu satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib.
Müəllif: Roza
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın




































