İqtisadi gündəm
Çörək bahalaşdı - Foto
Bəzi çörək növlərinin qiyməti artıb.
Publika.az Bizim.media-ya istinadla xəbər verir ki, qiymət artımı əsasən “baton” çörəklərində qeydə alınıb.
Belə ki, əvvəllər doğranmış “baton” çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə “zavod çörəyi”ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır:
“Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər.
Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20–30 qəpik civarında yüksəlir”.
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı








.jpg)



















.jpg)









