İqtisadi gündəm
Qənirə Paşayeva kəndlilərlə görüşüb - FOTO
Millət vəkili Qənirə Paşayeva Tovuzun və Azərbaycanın ən böyük kəndlərindən biri olan Əyyublu kəndində seçicilərlə görüşüb və problermləri ilə maraqlanıb.
Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb. Əlil arabasına ehtiyacı olan insanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışaraq kömək edilməsini xahiş edib.Bir sıra seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər yol, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, kəndlərə verilən əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, kəndin bəzi ərazilərində əhalinin əkinlərini suvarmaq üçün və ümumiyyətlə sudan ciddi çətinlik çəkdiyini bilir. Bununla bağlı Su və Melorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və bir neçə artezian quyularının qazıldığını, amma yenə də təlabat olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Melorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək. Özəlliklə evləri müstəqillik illərindən sonra tikilən yeni küçələrin, məhəllələrin sakinləri evlərinin təbii qazla təmin edilməsi istiqamətində problemlərlə üzləşdiklərini, bir millət vəkili olaraq bu sahəyə cavabdeh qurumlarla danışaraq onların üzləşdiyi problemu bir daha diqqət mərkəzinə çatdırmağı xahiş ediblər.
Bu məsələni “Azəriqaz” rəhbərliyinin diqqətinə çatdırdığını, yeni evlərlə bağlı Milli Məclisdə bir neçə dəfə çıxış etdiyini deyən millət vəkili Qənirə Paşayeva sakinlərin xahiş və təkliflərini təkrar “Azəriqaz” rəhbərliyi ilə danışaraq köməklik göstərilməsi istiqamətində xahiş edəcəyini deyib. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...