Millət vəkili: Onlar cinayət törətməyiblər
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili: Onlar cinayət törətməyiblər

“Xəzər TV-nin efirində əkiz bacı olan aparıcılardan biri 1 manat əsginazını şou yaratmaq məqsədilə cırmış. Verilişə baxmamışam, indiyədək də həmin qızların hansı keyfiyyətdə proqramı idarə etdiklərini qiymətləndirə bilmərəm. Sadəcə bütün günü sosial şəbəkədə gözümü deşən dəyərləndirmələr məni düşünməyə vadar etdi. Baş verən cinayətdirmi? Xeyr. İnzibati məsuliyyət yaradırmı? Xeyr.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa Sevinc və Sevil əkiz bacılarının efirdə pulu cırmasına öz Feysbuk hesabında münasibət bildirib.

Mən bu hadisəni israfçılıq kimi qiymətləndirərdim. Yəni bu xanımlardan biri əmtəənin nominal dəyərini ifadə edən əsginazı cırmaqla israfçılığa yol verib. O baxımdan ki, bu pul hansısa yoxsulun metro və ya avtobus pulu ola bilərdi və bunun cırılması da israfçılıqdır. Təsəvvür etsək ki, böyür-başımızda yerdə, göydə, dənizdə milyonlar havaya sovrulur, bir çox hallarda özümüz da bütün həyatımızı pul və vaxt irafçılığı üzərində qurmuşuq, o zaman bu qədər mərhəmətsiz, sərt reaksiyaya zərurət vardımı? Bu həmin xanımın səhvidir, televiziya rəhbərliyi də üzr dilədi, bununla da məsələ yekunlaşdı. Ancaq bu aqressivliyin kökündə yatan amili cəmiyyətimizdə qaragüruhçuluq tendensiyasının yüksək səviyyədə olması ilə əlaqələndirmək mümkündür”.

Millət vəkili həmçinin efirdə belə hadisələrin baş verməsinə faciə kimi yanaşmağı pisləyib:

“Eyni aqressivliyi ATV-də tanıdığınız aparıcı şpaqat açanda da göstərmişdilər. O ki dövlətə aid olan atribut deyil, özünə aid olan paltarı çırmışdı! Demək ki, məsələ dövlət təəssübü ilə bağlı deyil, məsələ birbaşa aqressivliklə bağlıdır. Təsəvvür edin ki, həmin qızlar efirdə bəyan edirlər ki, bəs ABŞ-ın ölkəmizə son dövrlərdə artan təzyiqlərinə etiraz olaraq 1 ABŞ dollarını cırırıq. Yaxud da Azərbaycanda heç də az olmayan sayda yekəxana insanlar toylarda ABŞ-a etiraz olaraq 100 ABŞ dollarını "paçka-paçka" bəy-gəlinin ayağına atırlar. Bəlkə bunu da milliyətçilik kimi qiymətlədirəsiniz? Bütün hallarda pulun cırılması, ayaqlar altına səpilməsi israfçılıqdır. Çünki sənin cırdığın, dağıtdığın pul kiminsə həyati ehtiyacı ola bilər. Ancaq bu hadisədən bir faciə düzəltmək də axmaqlıqdan başqa bir şey deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm