4 rəis işdən qovuldu
Bizi izləyin

İqtisadi gündəm

4 rəis işdən qovuldu

Azərbaycanda bir neçə vergi idarələri rəisləri vəzifədən azad edilib.

Publika.az-ın Vergilər Nazirliyinə istinadan verdiyi xəbərə görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

Ölkə iqtisadiyyatının dinamik inkişafı vergi sisteminin də durmadan təkmilləşdirilməsini, Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarının, eləcə də yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkil olunması tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm