İqtisadi gündəm
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi - Cədvəl
Azərbaycanın bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,4 %-i elə dollarda olub.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, borcun tərkibində avro 6,1%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9%, yapon yeni 3,1%, digər valyutalar isə 1,5% paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,4 %-ni, sabit dərəcə ilə olanlar isə 50,6 %-ni təşkil edib.
Xarici dövlət borcunun 59,5%-i 5 ilə qədər olan müddətdə, 34,9%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.
Xarici dövlət borcunun 59,8%-i çoxtərəfli maliyyə institutları üzrə, 30%-i avrobondlar üzrə, 10,2%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"









.jpg)

.jpg)






















