İqtisadi gündəm
"Çin şoku 2.0" iddiası: Pekindən reaksiya gəldi
Çin hakimiyyəti Qərb iqtisadçılarının ölkə ilə bağlı səsləndirdiyi "Çin şoku 2.0" ehtimallarına münasibət bildirib.
Publika.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirlik bu narahatlıqları əsassız adlandırıb.
Nazirliyin "Qondarma izafi istehsal gücləri məsələsi üzrə Çinin mövqeyi" adlı sənədində bildirilir ki, ABŞ və bir sıra Qərb ölkələri Çinin sənaye inkişafının guya Qərb iqtisadiyyatının dominant mövqeyini təhdid etdiyini və Qlobal Cənub ölkələrinin inkişaf imkanlarını məhdudlaşdırdığını iddia edir.
Nazirlik isə bu ittihamların heç bir faktiki əsası olmadığını vurğulayıb. Qurum Pekinə qarşı irəli sürülən ittihamları "yalan" və "tamamilə əsassız" adlandırıb.
Nazirlik həmçinin qeyd edib ki, son on ildə dünya iqtisadi artımının təxminən 30 faizi Çinin payına düşüb. Pekin hesab edir ki, bu göstərici ölkənin qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olduğunu təsdiqləyir.
Müəllif: Adəm
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı









.jpg)

.jpg)






















