İqtisadi gündəm
Tramp administrasiyasından "Apple" şirkətinə təzyiq - Qiymətlər yenə qalxa bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası "Apple" şirkətini Çin istehsalı yaddaş çiplərindən istifadə etməməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, yaddaş çipləri ilə bağlı yaranmış böhran səbəbindən "Apple" Çin şirkətlərindən çip almaq variantını nəzərdən keçirməyə məcbur qalıb.
ABŞ-ın ticarət naziri Hovard Latnik isə bildirib ki, Tramp administrasiyası belə bir vəziyyəti dəstəkləmir.
“Yaddaş çipləri ilə bağlı problemlərin həlli üçün böyük Amerika şirkətlərinin Çin istehsalı yaddaş çipləri almasına alternativ yollar var”, - deyə Latnik qeyd edib.
İyulun sonunda “The Wall Street Journal” "Apple" ilə ABŞ-ın yaddaş çipləri istehsalçısı “Micron Technology” arasındakı qarşıdurmanın Tramp administrasiyasını çətin seçim qarşısında qoyduğunu yazmışdı.
"Apple" xarici bazarlar üçün nəzərdə tutulan cihazlarında Çin istehsalı yaddaş mikrosxemlərindən istifadəyə icazə almağa çalışır. “Micron” isə bunun ABŞ-ın yarımkeçiricilər sənayesi üçün risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, "Apple" yüksək tələbat səbəbindən yaranan çip qıtlığını əsas gətirərək qlobal miqyasda məhsullarının qiymətlərini artırır. Çin yaddaş çiplərinin istifadəsi "Apple" şirkətinə onların çatışmazlığını azaltmağa və qiymətləri sabit saxlamağa kömək edə bilər. Ancaq Tramp administrasiyasının şirkətə təzyiqi səbəbilə qiymətlərin artmağa davam edəcəyi gözlənilir.
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı









.jpg)

.jpg)
























