İqtisadi gündəm
Avropada ərzaq böhranı: Məhsul itkisi 35 faizə çatdı
Avropa ərzaq böhranı ilə üzləşə bilər. Qitədə taxıl məhsullarının azalması ilə bağlı xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, rusiyalı iqtisadçı Aleksey Xarlanov “Vesti”yə açıqlamasında Avropada isti hava və məhsul itkisi səbəbindən taxıl qıtlığının yarana biləcəyini bildirib.
Onun sözlərinə görə, avropalılar ənənəvi olaraq çörəyə böyük tələbat göstərirlər. Lakin bu il qitədə məhsul itkisi ciddi həddə çata bilər.
“Avropada məhsul itkiləri 25 faizə qədərdir. Fransada isə bu göstərici 35 faizə çatır”, - Xarlanov deyib.
Ekspertin sözlərinə görə, yaranan çatışmazlığı kompensasiya etmək üçün Avropa ABŞ, Afrika və Cənubi Amerikadan taxıl idxalına yönəlməli olacaq.
Xarlanov əlavə edib ki, bu proses yeni logistika zəncirlərinin qurulmasına və bazarda yeni oyunçuların meydana çıxmasına səbəb olacaq.
Müəllif: Adəm
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO



















.jpg)














