İqtisadi gündəm
Lamiyənin anası: “Qızımı zorlamayıblar, uşağın atası da...”
“Nəvəmi adı ilə çağıra bilmirəm, ona qaqaş deyirəm...”
“Lamiyənin uşağının atası Bakıdandır”
Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu
qətlə yetirməkdə günahlandırılan məhkum Lamiyə Quliyevanın anası
Ulduz Quliyeva AzVision.az-a eksklüziv müsahibə verib.
O, qızı ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib:
- Ulduz xanım, son günlər mətbuatda, ictimaiyyət arasında
ən çox müzakirə olunan məsələ Lamiyə Quliyevanın həbsxanada uşaq
dünyaya gətirməsidir. Bu yaxınlarda da onun məhkəməsi olacaq. İlk
öncə bu olaylarla bağlı fikirlərinizi bilmək istərdik
-Lamiyənin Apellyasiya Məhkəməsində mən də iştirak edəcəyəm. Mən
çox inanıram ki, qızım bu məhkəmədən sonra azadlığa buraxılacaq.
İndi Lamiyənin yanından gəlirəm. Qızım da, nəvəm də yaxşıdır.
Lamiyə uşağını da məhkəməyə gətirəcək. Bu gün Lamiyəni
Kürdəxanıdakı həbsxanaya aparırlar. Lamiyəni məhkəməyə oradan
gətirəcəklər. Mən bilirəm ki, bütün Azərbaycan Lamiyənin
tərəfindədir.
-Nəvəniz necədir?
-Mən nəvəmi adla çağırmıram. Qaqaş deyirəm. Nəvəm çox toppuşdur. O
anasından ayrı durmur. Türmədə hamı uşaqdan ötrü ölür. Maşallah
qəsəng uşaqdır.
-Qızınızın həbsxanaya düşməsindən danışmaq istərdik. Aslan
Aslanovun oğlunu kim öldürmüşdü: Lamiyə, yoxsa Vüqar?
-Lamiyə günahsız olaraq həbsxanada yatır. Onun yalandan işin
üzərinə iş açırlar. Qızım 10 ildir ki, günahsız olaraq
həbsxanadadır. Heç bir şeyə görə Lamiyəni bədbəxt elədilər. Lamiyə
barəsində biləndə danışır, bilməyəndə. Lamiyə özünə neçə dəfə qəsd
eləmək istəyib. Bütün üzünü-gözünü cırıb. Onun başına nələr
gəlməyib ki?
- Lamiyənin həbsxanada uşaq dünyaya gətirməsindən sonra
çoxları iddia edirdi ki, onu zorlayıblar. Bu fikirlər nə dərəcə
doğrudur?
-Lamiyəyə heç kəs zor tətbiq etməyib. Uşağı öz xoşluğu ilə dünyaya
gətirib. Həbsxana işçiləri, rəislər ona zor tətbiq etməyiblər.
Başımıza çox işlər gəlib. Lamiyənin nələr çəkdiyini heç kəs
bilmir.
- Bəs, qızınızın uşağının atası kimdir?
- Lamiyənin uşağının atası var. Vüqar Əliyev onun uşağının atası
deyil. Vüqar Lamiyənin nişanlısı idi. Uşağın atası türmə işçisi də
deyil. Onun atası Bakıdandır. Deyilənə görə uşaq atasına oxşayır.
Elə atası, da uşaq da qəşənqdir. Narahat olmasınlar, uşağın atası
var. Yaxşı da oğlandır.
Lamiyə türmədə heç kəslə ailə həyatı qurmayıb. Uşağın atası nə
Vüqardır, nə də türmə işçilərdir. O, adi bir gəncdir. Bakıda
yaşayır. Şəmkirli də deyil. Lamiyənin uşağın atasını sevdiyinə
inanıram.
- Qızınızın əvvəlki nişanlı Vüqar Əliyevin ailəsi ilə
münasibətiniz necədir?
-Əvvəllər Vüqarın da ailəsi, mən də çox yerlərə müraciət etmişik.
Aramız da heç bir düşmənçilik yoxdur. Onların oğulları da bədbəxt
oldu, mənim qızım da! Bu hamımız üçün bir zülm oldu.
-Lamiyə sizinlə görüşəndə haqqında gəzib-dolanan bu
söz-söhbətlərlə bağlı nə dedi? Xüsusən də uşaqla
bağlı...
-Lamiyə azadlığa buraxılacağına inanmır. O, övaldının olduğuna görə
çox sevinir. Uşaq Lamiyəyə həyat verir. O deyir ki, mama bu uşaq
ömürlük mənim yanımda olacaq, heç vaxt məni tərk eləməyəcək. Lamiyə
deyir ki, mən günahsızam. Nə qədər ağlamaq olar, nə qədər üz cırmaq
olar?
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA