İqtisadi gündəm
Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edildi
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmonzoda Abdurahmon Gülüstan şəhərində keçirilən görüş zamanı Tacikistanın azad iqtisadi zonalarına (AİZ) Azərbaycan investisiyalarının cəlb edilməsini müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb.
"Görüş zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının gələcək inkişafı, birgə müəssisələrin yaradılması, Tacikistanın azad iqtisadi zonalarına Azərbaycan investisiyalarının cəlb edilməsi, sənaye kooperasiyasının genişləndirilməsi, rəqəmsallaşma, həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, Tacikistan və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi ötən il 2024-cü illə müqayisədə 241 % artaraq 14,7 milyon ABŞ dollarına çatıb. Bu ilin yanvar-iyun aylarında bu göstərici 10,2 milyon ABŞ dolları təşkil edib.
Tərəflər əldə olunmuş razılaşmaların praktiki icrasını təmin etməyə, birgə investisiya layihələrini təşviq etməyə və iki ölkənin sahibkarları arasında əlaqələri möhkəmləndirməyə hazır olduqlarını vurğulayıblar.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...









.jpg)

.jpg)


























