İqtisadi gündəm
Milyonlarla insan köç edəcək
Ətraf mühit müdafiəçiləri iqlim dəyişikliyinin milyonlarla canlının miqrasiyasına səbəb olacağı barədə xəbərdarlıq edib.
Buzlaqlar üzərində yaşayan şimal ayıları məhv olmaqdadır. Buzlaqların əriməsi ilə açıq dənizlərdə ov edə bilməyən heyvanların kökü kəsilə bilər.
BMT-nin qaçqınlar üzrə agentliyinin bildirdiyinə görə, dünyada 46.3 milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Onların əksəriyyəti iqlim dəyişikliyinə məruz qalan bölgələrdə həyat sürür. Qarşıdan gələn illər ərzində iqlimlə əlaqədar yerdəyişmələr böyük problemlərə yol aça bilər.
Dünya ölkələri liderlərinin iqlim dəyişikliyi sazişinə imza atmalarına cəmi 10 ay qalır. BMT problemlərin diqqətə çatdırılması üçün çox az vaxt qaldığını bildirir. 1970-ci ildən 2013-cü ilədək məcburi köçkünlərin sayı iki dəfə artıb. 2013-cü ildə 119 ölkədən 22 milyon insan köçməli olub. Təqribən eyni sayda insan münaqişələr səbəbi ilə evlərini tərk edib.
Qlobal istiləşmə və dəniz səviyyəsinin qalxacağı və ekstrimal hava şəraitlərinin artacağı proqnozlaşdırılır.
Ətraf mühitin mühafizəsi qrupları miqrasiya böhranına mane olunması yollarının nəzərdən keçirilməsi və təcili ölçülər götürülməsinə çağırır.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?