İqtisadi gündəm
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçildi
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci assambleyasında birliyin yeni sədri və baş katibi seçilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Publika.az-a verilən məlumata görə, Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi sədr vəzifəsinə irəli sürülüb.
Səsvermənin nəticələrinə əsasən, A. Benli yekdilliklə yeni sədr seçilib.
Assambleyada Türk Dünyası Sığorta Birliyinin baş katibi vəzifəsinə isə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb. Təsisçilərin səsverməsi nəticəsində onun namizədliyi də yekdilliklə qəbul edilib.
Tədbir çərçivəsində birliyin 3-cü assambleyasının 2027-ci ildə Özbəkistanda keçirilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə təsis edilib. 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci assambleyada isə birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb.
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?













.jpg)












.jpg)

.jpg)






.jpg)


