İqtisadi gündəm
Mərkəzi Bank 2026 və 2027-ci illər üçün inflyasiya proqnozunu açıqladı
Məqsədimiz dəyişməz olaraq qalır: qiymət sabitliyi. Baza proqnozlarımıza əsasən, inflyasiya 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcək.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində deyib.
O bildirib ki, inflyasiya ortamüddətli dövrdə hədəf diapazonu daxilində gözlənilsə də, təklif amilləri ilə bağlı inflyasiyanın artması riskləri mövcuddur: “Prioritet hədəfi dəyişdirmək deyil, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda, daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavə lövbər kimi istifadə etməkdir. 2022-ci ilin sentyabr ayından etibarən sıfırdan aktiv banklararası pul bazarını formalaşdırmışıq. Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır. AZIR ilə uçot dərəcəsi arasındakı spred azalıb. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edilən dəyişən faizli istiqrazlar buraxması bu göstəricinin etibarlılığına verilən daha güclü dəstəkdir”.
T.Kazımov üç əsas prioriteti diqqətə çatdırıb: “Faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidinin genişləndirilməsi, o cümlədən gəlirlilik əyrisinin formalaşdırılması vasitəsilə kapital və pul bazarlarını dərinləşdirmək, habelə məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirmək. Mən bura çox vaxt lazımi diqqət yetirilməyən dördüncü prioriteti də əlavə edərdim: kommunikasiya. Etibarlılıq mərkəzi bankın ən dəyərli aktividir”.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
















.jpg)









.jpg)






.jpg)



