İqtisadi gündəm
İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi olub
Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı
meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen
Plevneliyev qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport
verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət
himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.
Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham
Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın
Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət
edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil
qoydu.
AZƏRTAC
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ