İqtisadi gündəm
Misir mətbuatı Əli Həsənovun "erməni soyqırımı" ilə bağlı fikirlərini dərc edib
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni
soyqırımı” ilə bağlı qətnaməsinə dair mətbuata verdiyi açıqlaması
Misir mətbuatında geniş işıqlandırılıb.
Xəbər portalları qeyd edirlər ki, Əli Həsənov bu qətnamənin qəbul
edilməsinin hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər
beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində
ikili standartların və islamofob əhval-ruhiyyənin hökm sürdüyünün
göstəricisi olduğunu vurğulayıb: “Neçə illərdir biz bütün dünyaya,
həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış
Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin
türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real
faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri,
Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı
obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər”.
Misir mətbuatı yazır ki, Azərbaycan Prezidentinin köməkçisi “erməni
soyqırımı” haqqında iddiaların subyektiv mülahizələrə söykəndiyinə,
islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin
təzahürü olduğuna diqqət çəkib.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?