Hadisə
3 uşaq anası olan 25 yaşlı qadın niyə intihar edib? (TƏFƏRRÜAT)
Bərdənin Qaradəmirçi kəndində 25 yaşlı Gülnar Xurşud qızı Quliyevanın intihar etməsinin təfərrüatı məlum olub.
Ağdam rayon sakini olan Gülnar Quliyeva həyat yoldaşı ilə birlikdə Qaradəmirçi kəndində fermada işləyirmiş. Fermanın sahibi Zülfüqar adlı şəxs G.Quliyevanın ölümü ilə bağlı Publika.az-a danışıb.
O bildirib ki, G.Quliyeva ailəsi ilə birlikdə 6 aydır fermada işləyirdilər: "Onun yoldaşı Tərtər, özü Ağdərə sakinidir. Üç uşaqları var. Qadın öləndə uşaqların ikisi məktəbdə idi. Balaca oğlu yanında idi. Axşam saat 19 radələri olardı, balaca oğlu gəldi ki, “anam ölür, Zülfüqar baba təcili yardım çağır”, - dedi. Mən evə girəndə qadın uzanmışdı, yoldaşı Rəşad da yanında idi. Əlimlə dilini çıxartdım, təcili yardım çağırdıq, amma onlar gələn qədər qadın öldü. Ailənin heç bir maddi problemləri olmayıb. Yoldaşı deyirmiş ki, son vaxtlar qadının ürək tərəfində ağrılar olurmuş. Deyilənə görə, əvvəllər də ürəyində ağrılar olub, ancaq dəqiq bilmirəm”.
***
Bərdədə 25 yaşlı qız intihar edib. Hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.
Ağdam rayon sakini Quliyeva Gülnar Xurşud qızı yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır. (APA)
Gülxar
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?
-
Dünya12:05
Stoltenberqin sovet kəşfiyyatı ilə bağlı əlaqələri üzə çıxdı: Təxəllüsü "Steklov" olub
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir