Bakıda 3 kişi meyidi aşkarlandı
Bizi izləyin

Hadisə

Bakıda 3 kişi meyidi aşkarlandı

Bakıda müxtəlif mənzillərdə üzərində zorakılıq əlamətləri olmayan 3 kişi meyidi tapıldı.

Bakıda müxtəlif mənzillərdə üzərində zorakılıq əlamətləri olmayan 3 kişi meyidi tapılıb.

"Report"un məlumatına görə, iki hadisə Nəsimi rayonu, biri isə Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 10, mənzil 52-də yaşayan 1950-ci il təvəllüdlü Fəxrəddin Bayramovun yaşadığı evdə üzərində zorakılıq əlamətləri görünməyən meyidi aşkar olunub. Digər fakt isə rayonun 28 May küçəsi, ev 52, mənzil 13-də qeydə alınıb. Həmin mənzildə 1964-cü il təvəllüdlü Vüqar Cəfərovun meyidi aşkarlanıb.

Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni Yaşayış sahəsində yolun kənarında təxminən 50-60 yaşlarında (hələlik kimliyi məlum olmayan) kişi meyidinə rast gəlinib.

Meyitlər aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hər üç faktla bağlı Nəsimi və Xəzər rayon prokurorluqlarında araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm