Polisin əmrinə tabe olmayan motosiklet sürücüsü belə saxlanıldı - Narkotik daşıyırmış - VİDEO
Bizi izləyin

Hadisə

Polisin əmrinə tabe olmayan motosiklet sürücüsü belə saxlanıldı - Narkotik daşıyırmış - VİDEO

Bakıda Heydər Əliyev prospektində Yol Patrul Xidməti (YPX) əməkdaşının “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Tofiq Taleh oğlu Əliyev saxlanılıb.

Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm