Zaqatalada 16 yaşlı qızı avtomobil vurub
Bizi izləyin

Hadisə

Zaqatalada 16 yaşlı qızı avtomobil vurub

Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub.

Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində baş verib.

1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi "VAZ-21 154" markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Taxtalar kənd sakini 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"a verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm