Lerikdə müəlliməyə şər atdılar
Bizi izləyin

Hadisə

Lerikdə müəlliməyə şər atdılar

Lerik şəhər sakini bağça müəllimini şərləmək istəyib.

Lerik şəhər sakini bağça müəllimini şərləmək istəyib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova RPŞ-yə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.

Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm