Bərdədə ev yandı
Bizi izləyin

Hadisə

Bərdədə ev yandı

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm