Nənə və nəvə dəm qazından zəhərləndi, nənə öldü
Bizi izləyin

Hadisə

Nənə və nəvə dəm qazından zəhərləndi, nənə öldü

Hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.

Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S.Nəsirova boğularaq ölüb, N.Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm