Hadisə
Salyanda DƏHŞƏT: 17 yaşlı oğlan bacısını... (TƏFƏRRÜAT)
Salyan rayon Xurşud kəndində qardaşın bacısını öldürməsinin təfərrüatı məlum olub.
Kənd sakinlərindən Publika.az-a bildirilib ki, Əkbər bacısını qısqanclıq zəminində qətlə yetirib.
Sakinlərin sözlərinə görə, onların atası Rauf Əsədov bir neçə dəfə həbs edilib.
“Atası yaxınlarda həbsdən çıxıb. Ailədə 5 uşaqdırlar, bu vaxta qədər aralarında hər hansı problemə görə mübahisə olduğunu eşitməmişəm. Bu gün səhər saatlarında eşitdik ki, bacısını öldürüb. Amma bildiyimizə görə, namus məsələsi deyil”, - deyə kənd sakinləri bildirib.
Sakinlərin sözlərinə görə, Əkbər Əsədov kənddə problemli biri kimi tanınmır.
***
Salyan rayonunda qətl hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə
alınıb.
Belə ki, ailə-məişət münaqişəsi zəminində həmin kəndin sakini, 17
yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın
ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib.
Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis
Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə
yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb,
araşdırma aparılır. (report)
Gülxar
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı