Hadisə
Ailəsi tərəfindən yandırılan kişinin qardaşı DANIŞDI
Publika.az Neftçala rayonu Yuxarı Qaramanlı kəndində oğlu və həyat yoldaşı tərəfindən öldürülən Aydın Heybətovun qətli ilə bağlı yeni məlumatlar əldə edib.
Mərhumun qardaşı Yaşar Heybətov bildirib ki, qardaşı ilə oğlu arasında əvvəllər ciddi mübahisə olmayıb. Emilin atasını nə üçün bu şəkildə öldürməsini indiyədək anlamayan Y.Heybətov deyib ki, qardaşının ailəsi şəhərdə yaşayıb, son illərdə kəndə qayıdıb və burada yaşayıblar. Qardaşı oğlu isə şəhərdə işləyirdi:
"Sonuncu dəfə qardaşımı 2013-cü ildə görmüşük. Həmin ilin aprelində birdən-birə yoxa çıxdı. Əvvəl oğlu bizə atasının Mahacqalaya getdiyini dedi. Qardaşım illərdir balıq biznesi ilə məşğuldur. Düşündük ki, yəqin ona görə gedib. Həmin ilin iyul ayında Emil bizə bacısına toy edəcəklərini xəbər verdi. Biz də atasını gözləməyini məsləhət gördük. O da atasının bundan xəbəri olduğunu, “toyu edin,mən də gələcəm” mesajını bizə çatdırdı. . Biz də çox üstünə getmədik, toyu edən kimi də kənddən getdilər. Mən dəfələrlə zəng edib Aydının nömrəsini istədim. Hər dəfə də mənə bir bəhanə gətirir, özləri də tez-tez nömrələrini dəyişirdilər. 2014-cü ildə qardaşımdan xəbər ala bilmədiyimiz üçün, axtarışa verdik”.
Y.Heybətov deyir ki, qardaşı oğlu və arvadının belə bir hadisəni törətmələrinə səbəb yalnız toy məsələsi ola bilər:
“Qardaşımın öldürüldüyü barədə polislər kəndə gələndə xəbər tutduq. Düzdür, bizi çox yaxına buraxmadılar, amma həmin vaxt həyətdə idik. Həm Emil, həm də anası Tükəzban hadisəni necə törətdiklərini, harada vurduqlarını, yandırdıqlarını, Kürə necə atdıqlarını etiraf etdilər. Daha bundan sonra nə deyə bilərik. Nə qədər düşünürük, bir səbəb tapa bilmirik. Həmin vaxt hadisələri xatırlayırıq. Sadəcə bir səbəb ağlımıza gəlir. Qardaşımın qızı nişanlı idi, amma oğlanın nənəsi rəhmətə getdiyinə görə toyu bir il saxlamışdılar. Amma qızın toyu olanda il tamam olmamışdı. Ola bilər ki, qardaşım buna razı olmayıb, ona görə də onu öldürəndən bir neçə ay keçməmiş toyu etdilər. Bu səbəb çox da ağlabatan olmaya bilər. Amma inanın, məsələ bizim üçün də qaranlıq qalıb. Emil atasını öldürəcək bir oğul deyildi”.
Y.Heybətov Emilin taksi sürücüsü, 1964-cü il təvəllüdlü Kamal Rüstəmovun qətlində təqsirləndirilməsinə də münasibət bildirib. O, Emilin Kamalı öldürməsinə inanmadığını deyib.
“Emil Kamalın atasıgillə qonşu idi, amma onların elə də münasibətləri yox idi”.
***
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
2014-cü ilin fevralında Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi "VAZ 21011" markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndinin ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E.Heybətov K. Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün meyit basdırıldığı yerdən çıxarılıb.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən E. Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub. Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb. (apa)
Gülxar
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO