Hadisə
Toydan evə gələn bəylə gəlin faciədən döndü - Ev partladı
Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq
xəsarətləri alıb.
Hadisə ötən axşam paytaxtın Binəqədi rayonu "Sulutəpə" qəsəbəsində,
Etibar Ağayevə məxsus evdə baş verib. Zərərçəkmiş ev sahibinin
sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra
olub.
Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan
bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz
və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə
dərhal xəstəxanaya aparılıblar.
Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də, alov
4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev
sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik
naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı
olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba
olub.
Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu
nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın nəticəsində
bilinəcək.
(Xəzərxəbər)
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA