Tovuzda qar qəzaya və tıxaca səbəb oldu - - FOTO
Bizi izləyin

Hadisə

Tovuzda qar qəzaya və tıxaca səbəb oldu - - FOTO

Tovuza yağan qar uzun tıxaca və yol qəzasına səbəb olub.

Tovuza yağan qar uzun tıxaca və yol qəzasına səbəb olub.

"Report"un Qərb bürosu məlumat verir ki, hadisə Tovuzçay üzərindən keçən körpüdə qeydə alınıb.

İki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlar yararsız vəziyyətə düşüb.

Qəza Əyyublu kənd sakini Hafiz Əkbərovun irəlidə gedən yük maşını ilə toqquşmamaq üçün əyləci basması və avtomobilin sürüşərək qarşıdan gələn "Mercedes"ə çırpılması nəticəsində baş verib.

Hadisə Tovuzun girişində, avtomobillərin daha çox hərəkət etdiyi ərazidə qeydə alındığından, yolda bir müddət tıxac yaranıb. Qəzaya düşən maşınlar ərazidən götürüldükdən sonra yolda hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm