Hadisə
Müdirini niyə güllələdi? - Plazadakı qətlin səbəbi
Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib.
Publika.az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı
Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə
gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn
edilib.
Kənd sakinləri mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin
nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc
ziyarətində olduğunu deyiblər.
Bu arada məlum qətl hadisəsinin təfərrüatları da məlum olub.
Qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin
sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə
həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb.
Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən
baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə
bağlı irad bildirib və tərəflər arasında münasibət daha da
kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan
münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün
sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi
kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını
götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb.
Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə
keçinib.
Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib
və təslim olub.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO