Hadisə
Canavarlar Göyçaya hücum etdi
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində qeydə alınıb.
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-u parçalayaraq tələf edib, 18-ni isə ağır yaralayıb. Həmçinin, yırtıcı heyvanlar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-nu yaralayıb.
Xəsarət alan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
Qeyd edək ki, ötən həftə canavarlar Ləkçiplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-nü yaralamışdı.
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA











.jpg)





.jpg)


















