Cəlilabadda ağır yol qəzası - 5 nəfər xəsarət alıb
Bizi izləyin

Hadisə

Cəlilabadda ağır yol qəzası - 5 nəfər xəsarət alıb

Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılaraq əzilib.

Hadisə nəticəsində sürücü və avtomobildə olan daha 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm