Hadisə
Abşeronda göl daşdı, evlər su altında qaldı - YENİLƏNİB

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxmasının səbəbi yağıntılar və antopogen təsirlərdir.
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər həmin göldə heç vaxt daşma qeydə alınmayıb: “Göldə suyun səviyyəsinin artmasına səbəb ərazidə kanalizasiya və kollektorların olmamasıdır. Nəticədə, həm insanların məişət suları, həm də yağan yağış suları həmin gölə axır. Ərazidə məskunlaşan əhalinin sayının artması səbəbində gölə axıdılan su normadan çox olur və nəticədə belə hallar yaşanır. Lakin artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə olub. Nasoslar vasitəsilə su çəkilib”.
Ə.Qaralov bildirib ki, oxşar vəziyyət paytaxt və Abşerondakı digər göllərdə də müşahidə edilir: “Zabrat, Savalan, Kürdəxanı gölündə bu il suyun səviyyəsi artıb. Bu artımın səbəbi eynidir: göl ətrafında məskunlaşmanın artması və kanalizasiya sisteminin olmaması. Bu səbəbdən problem həll edilmədikdə, oxşar hallar qeydə alınacaq”.
***
Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evlərini su basıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər.
Gülxar

-
Dünya11:30
40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək
-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı