Türkiyə vətəndaşı Tovuzda qəzaya düşdü
Bizi izləyin

Hadisə

Türkiyə vətəndaşı Tovuzda qəzaya düşdü

Türkiyə vətəndaşı Tovuzda qəzaya düşdü

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi “Dociya” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm