Ərini öldürən qadına bəraət verildi - BAKIDA
Bizi izləyin

Hadisə

Ərini öldürən qadına bəraət verildi - BAKIDA

Məhkəmənin hökmü ilə Nuridə Kərimovanın əməli sübuta yetirilməyib. M

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Cəlilabad rayon sakini Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunib.

Məhkəmənin hökmü ilə Nuridə Kərimovanın əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qadının barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ötən il iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlir və ailəyə yaxşı baxmırmış.

İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və ona zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm