Hadisə
Qadın satıcı müştərini bıçaqladı - BAKIDA
Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, həmin ərazidə yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb.
Məlumata görə, hadisədən əvvəl bıçaqlanan şəxslə qadın satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğluna xəsarət yetirib.
Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Həkimin sözlərinə görə, xəsarət alan şəxs xəstəxanaya qarının sol nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə daxil olub. Dərhal əməliyyata götürülən Y. Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ
-
Region06:49
Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?