İmişlidə “Kamaz”la “Niva” toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

İmişlidə “Kamaz”la “Niva” toqquşdu - Xəsarət alanlar var

İmişlidə yol qəzası baş verib.

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saat 20:05 radələrində İmişli-Kürdəmir avtomobil yolunda, rayonun Olimpiya İdman Kompleksinin yanında qeydə alınıb.

Rayonun Yalavac kənd sakini, 54 yaşlı Malik Musa oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “Niva”nın sürücüsü və salonda olan sərnişin, 36 yaşlı Amid Təvəkkül oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm