Şabranda qardaş bacısını bıçaqladı
Bizi izləyin

Hadisə

Şabranda qardaş bacısını bıçaqladı

Bacısını ailədə yaranan münaqişə zəminində bıçaqlayıb.

Şabran rayonunda qardaş bacısını bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Şabran şəhəri, M.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib.

Belə ki, 24 yaşlı Nurşan Pzayev özündən 5 yaş böyük bacısı Seyidcan Paşayevaya bıçaqla xəsarət yetirib. Sol döş nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alan S. Rzayeva Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

N. Paşayev Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun bacısını ailədə yaranan münaqişə zəminində bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm