Hacıqabulda yük maşınları toqquşdu: xəsarət alan var
Bizi izləyin

Hadisə

Hacıqabulda yük maşınları toqquşdu: xəsarət alan var

Faktla bağlı araşdırma aparılır.

Hacıqabul rayonunda bir nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nəvahi kəndi ərazisindəki "Nur" kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 34 yaşlı Elnur Elman oğlu Rüstəmovun idarə etdiyi “KaMAZ” markalı yük maşını “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “KaMAZ” avtomobilinin sürücüsü E.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm