Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlandı
Bizi izləyin

Hadisə

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlandı

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı nəticəsində 2 672 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, nəticə etibarilə 58 055 kv.m ərazi (4 955 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm