25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı
Bizi izləyin

Hadisə

25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı

Əlindəki çantanı zorla alaraq qaçıblar.

Bakının Nizami rayonunun 8-ci km. qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm