Avtobusda qadını zorlayan sürücü: "Normal qadının gecə saat 11-də küçədə nə işi var?"
Bizi izləyin

Hadisə

Avtobusda qadını zorlayan sürücü: "Normal qadının gecə saat 11-də küçədə nə işi var?"

İbrahimin 48 il müddətinə həbsi tələb olunurdu.

Yanvar ayında Ankaranın Etimesgul mahalında sürücülük etdiyi bələdiyyə avtobusunda sərnişinə təcavüz edən şəxs hakim qarşısına çıxıb.

İbrahim Tuncay adlı sürücü yanvar ayının 4-də saat 23:30-da qadın sərnişini zorlayıb.

Hadisədən sonra tutulan İbrahimin 48 il müddətinə həbsi tələb olunurdu.

O, hakim qarşısında özünü müdafiə zamanı təəccübləndirib. Belə ki, o, hakimlərə "Normal qadının gecə saat 11-də küçədə nə işi var? Bir qadın saat 11-də avtobusa niyə tək minsin?" deyib.

Onun bu sözləri Türkiyədə geniş müzakirələrə səbəb olub. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm