Hadisə
“Çovdarov məni döyərək 300 min pul və avtomobilimi istədi” - YENİLƏNDİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin məhkəmə prosesi günün ikinci yarısında davam edib.
Teleqraf.com-un məlumatına görə, prosesdə zərərçəkmiş Qədim Ədilov ifadə verib. O, MTN əməkdaşlarından Səlim Məmmədova 300 min manat pul verdiyini deyib.
Onun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olduğu məlum olub.
Zərərçəkmiş istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb.
Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Akif Çovdarovun onu döydüyünü və təhqir etdiyini bildirib: “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim solunda idi. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxaraq heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istədim”.
Zərərçəkmişin ifadəsinə görə, bu dəfə əllərini rezin kəndirlə kresloya bağlayıblar, dəyənəyi götürərək baş və boyununa zərbələr endirməyə başlayıblar: “Bu zərbələrin təsirindən huşumu itirdim. Özümə gələndə gördüm ki, Akif Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
Səlim Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Həmin sorğuda Səlim Məmmədovun qeyd edilən saatda işdə olduğu göstərilib.
Proses aprelin 19-da davam edəcək.
***
13:41
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Teleqraf.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov ifadə verib.
O, bildirib ki, digər zərərçəkmişlər Elçin Hacıyev və onun əmisi oğlu Əjdər Hacıyevlə birlikdə həbs olunaraq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparılıblar.
Tofiq Rəcəbovun sözlərinə görə, 2013-cü ilin fevral ayında, saat 13 radələrində MTN əməkdaşları tərəfindən Nizami küçəsində saxlanılıb: “Mən Elçinlə Həsən adlı şəxsə brilyantı göstərməyə getmişdik. Bizi orada 10-15 nəfər əhatəyə aldı və maşına otuzduraraq nazirliyə apardılar. Sonradan Elçin dedi ki, MTN əməkdaşlarına pul verib. Lakin mən onun pul verdiyini görməmişdim.
Eşitdiyimə görə, MTN-də Elçindən 80 min manat pul alıblar. Lakin mən onun pul verməsinə inanmadım və buna görə münasibətimiz pozuldu”.
Məhkəmədə zərərçəkmişin istintaqla məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üzə çıxıb. Həmin ziddiyyətli ifadələrə aydınlıq gətirən Tofiq Rəcəbovun sözlərinə görə, istintaq zamanı ifadəsini oxumadan imzalayıb.
Tofiq Rəcəbov MTN-də hər hansı təzyiqə məruz qalmadığını, brilyantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu bildirib.
Tofiq Rəcəbov təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin olmadığını deyib.
Proses günün ikinci yarısında davam edəcək.
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü