Şamaxıda əmisi oğlunu öldürən 5 nəfəri qətlə yetirəcəkmiş - TƏFƏRRÜATLAR
Bizi izləyin

Hadisə

Şamaxıda əmisi oğlunu öldürən 5 nəfəri qətlə yetirəcəkmiş - TƏFƏRRÜATLAR

Faktla bağlı cinayət işi başlanıb.

Şamaxı rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Məlumata görə, hadisəni törədən şəxs sərxoş olub.

Rayonun Çölgöylər kənd sakini Famil Hidayətov sərxoş vəziyyətdə qonşuluğunda yaşayan əmisi oğlu Şəmsəddin Hidayətovun evinə gəlib. F.Hidayətov üzərində gəzdirdiyi bıçağı əmisi oğluna göstərərək, kəndin 5 nəfər sakinini öldürəcəyini bildirib.

Ş.Hidayətov ona içkili olduğunu və bu yoldan çəkilməsini desə də, F.Hidayətov sərxoş olduğu üçün fikrindən dönməyib və həmin kənd sakinlərini qətlə yetirəcəyini bildirib. Bu səbəbdən iki əmioğlu arasında mübahisə yaranıb. Ş.Hidayətov bıçağı F.Hidayətovun əlindən almaq üçün onunla əlbəyaxa olub. Bu vaxt F.Hidayətov əsəbi vəziyyətdə əmisi oğluna bir neçə bıçaq zərbəsi endirib. Ş.Hidayətov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs yaxalanıb. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. (trend)

***

Şamaxıda qətl törədilib.

Şamaxı rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Famil Hidayətov aralarında yaranmış mübahisə zəminində əmisi oğlu, 46 yaşlı Şəmsəddini bıçaqlayaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm