FHN Qazaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Qazaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “MİTSUBİSHİ” markalı minik avtomobilin “OPEL” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “OPEL” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:01-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm