Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu
Bizi izləyin

Hadisə

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

Xəsarət alanlar var.

Abşeron rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol qəzası Masazır dairəsində qeydə alınıb.

Dairədə “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Opel”də olan iki nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, qəzaya “KamAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması və “Opel”ə yol verməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm