• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

“İndi də bu qardaşım məni incidir” - Dəhşətli qətlin TƏFƏRRÜATI

  • Hadisə
  • 25 Aprel 2017 15:35
  • 670 Baxış
“İndi də bu qardaşım məni incidir” - Dəhşətli qətlin TƏFƏRRÜATI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid qismində təqsirləndirilən şəxsin atası Qəmbər Quliyev ifadə verib: "Ölən də mənimdir, öldürən də mənim. Mahir Quliyev də qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qız qaçandan sonda hamı sakit durdu, oğlum Nurlan isə bağışlaya bilmirdi. Deyirdi ki, bacı mənim qeyrətimdir, namusunun kirləndindiyini deyirdi. Oturub onunla saatlarla söhbət elədim, deyirdim, işin olmasın, qohumuq".

Şahid bildirib ki, qızını başqa oğlana vermək istəyib: "Mahirə qız verməyi məsləhət bilməmişdim. Başqasına "hə" demişdik. Sonra qız Mahirə qoşulub qaçdı. Bundan sonra heç nə demədim. Toy eləyirdilər, razılıq da verdim. Çünki qız qaçmışdı, əlimdən gələn bir şey yox idi.

Elə dövrə gəlib çıxmışıq ki, uşaq valideyninə qulaq asmır. Bu hadisədən sonra hələ də özümə gələ bilmirəm. Burda danışmağa sözün yoxdu. Nə deyə bilərəm. Özümü bağışlaya bilmirəm".

Daha sonra şahid qismində qaçırılan qız - Mərziyə Quliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsin bacısı, ölən şəxsin həyat yoldaşıdır. Şahid təqsirləndirilən şəxsə "qardaş" demək istəməyib. Mahiri əvvəlcədən sevdiyini deyib: "Öz istəyimlə ona qaçmışdım. Məni başqasına verirdilər. Mahirin pulu olmadığı üçün ona getməyimi istəmirdilər. Mən könüllü Mahirlə qaçdım, toyumuz oldu. Bundan sonra atam söz göndərdi ki, məndən imtina edir".

Mərziyə Quliyevanın sözlərinə görə, hadisə baş verəndən sora ata evinə qayıdıb, hazırda valideynləri ilə yaşıyır. O bildirib ki, digər qardaşı bu məsələlərə görə onu incidir.

Bu zaman hakim qızın atası Qəmbər Quliyevə irad bildirib: "Sənin o biri oğlunun da, deyəsən, ağlı yarımçıqdır. Elə bil orta əsrlərdə yaşayırsınız, qızı istədiyini verməmisiz. Bütün bu hadisələr də bu səbəbdən baş verib. Mən Ağdam rayon polis şöbəsinə məktub yazacam ki, sizin yaşadığınız evi nəzarətdə saxlasınlar. Bu qıza bir şey olsa, sonra nə olacaq".

Mərziyə Quliyeva dəmir barmaqlıqlar arasında olan qardaşını təhqir edib və məhkəmə zalını tərk edib. Növbəti proses mayın 2-də davam edəcək.

İttihama görə, ötən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlan Quliyevin bacısını qaçırıb. Nurlan Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib, sonra onun ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb.

Murlan Quliyev oradaca dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nurlan Quliyev tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR